AZ

"Bakı-Tbilisi-Ceyhan boru kəməri şirkəti"nin Azərbaycandakı nümayəndəliyi barəsində inzibati protokol tərtib edildi

"Bakı-Tbilisi-Ceyhan boru kəməri şirkəti"nin Azərbaycandakı nümayəndəliyinə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 496.1-ci (Malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İş Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahovun sədrliyi ilə araşdırılacaq.

 

Xəyal Quliyev

Tarix: 10 May 2024, 08:22   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
186
3
pravda.az

9Mənbələr