AZ

Berlində 9 May aksiyalarında azı 10 nəfər saxlanılıb

Almaniyanın paytaxtı Berlində mayın 9-da keçirilən aksiyalarda polis azı 10 nəfəri saxlayıb. SİA xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, saxlanılmalar iştirakçıların qadağan olunmuş simvolları: Rusiya Federasiyasının, SSRİ-nin bayraqlarını, "V" və "Z" simvollarını nümayiş etdirməsi səbəbindən baş verib.

Bundan əlavə, polis etirazçıları hərbi forma geydiklərinə və hərbi mahnılar oxuduqlarına görə saxlayıb.

Polis memorialların girişində iştirakçılarda Almaniyada qadağan olunmuş əşyaların və simvolların olub-olmadığını yoxlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
1
sia.az

2Mənbələr