AZ

Paris-2024: Azərbaycanın lisenziya sayı 23-ə yüksəlib

Bakı. Trend:

Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarına daha 3lisenziya əldə edib.

Trend İdman.biz-ə idtinadənxəbər verir ki, yunan-Roma güləşçilərimiz İstanbulda keçirilənDünya Olimpiya Təsnifat Turnirində bu uğura nail olublar.

Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq) və Sabah Şəriəti(130 kq) yarışın yarımfinalında qələbə qazanmaqla Fransapaytaxtında iştiraklarını rəsmiləşdiriblər. Bununla da Azərbaycanmilli komandasının lisenziya sayı 23-ə yüksəlib.

Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanan idmançılar

Badminton
Edi Reski Dviçayo (kişilər, fərdi)
Keişa Fatimə Zəhra (qadınlar, fərdi)

Gimnastika
Zöhrə Ağamirova, bədii gimnastika
Selcan Maqsudova, batut gimnastikası

Güləş
Əliabbas Rzazadə (57 kq), sərbəst güləş
Hacı Əliyev (65 kq), sərbəst güləş
Turan Bayramov (74 kq), sərbəst güləş
Osman Nurmaqomodov (86 kq), sərbəst güləş
Maqomedxan Maqomedov (97 kq), sərbəst güləş
Giorgi Meşvildişvili (125 kq), sərbəst güləş
Murad Məmmədov (60 kq), yunan-Roma güləşi
Həsrət Cəfərov (67 kq), yunan-Roma güləşi
Sənan Süleymanov (77 kq), yunan-Roma güləşi
Rafiq Hüseynov (87 kq), yunan-Roma güləşi
Sabah Şəriəti (130 kq), yunan-Roma güləşi

Atletika
Anna Skidan, çəkicatma

Boks
Nicat Hüseynov (51 kq)
Murad Allahverdiyev (80 kq)
Məhəmməd Abdullayev (+92 kq)

Taekvondo
Qaşım Maqomedov (58 kq)

Atıcılıq
Ruslan Lunyov (10 m, pnevmatik tapança)

Basketbol
Qadın yığması, 3x3 növü

Avarçəkmə
Diana Dımçenko, (2000 m, akademik avarçəkmə)

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
324
6
az.trend.az

10Mənbələr