AZ

Belçikanın “Yunion Sent” klubu 110 ildən sonra ölkə kubokunu qazanıb

Bakı. Trend:

“Yunion Sent” 110 ildən sonra Belçika kubokunun qalibi olub.

Trend İdman.biz-ə istinadənxəbər verir ki, komanda finalda “Antverpen”i məğlub edib.

Brüsselin “Boduen” stadionunda keçirilən qarşılaşmada 1 qolvurulub. Koki Maçeda “Yunion Sent”ə kuboku qazandıran topunmüəllifi olub.

Qeyd edək ki, “Yunion Sent” tarixində 3-cü dəfə ölkə kubokunasahib çıxıb. Brüssellilər 1913-cü və 1914-cü illərdə titulayiyələniblər. “Brügge” 11 uğurla rekordçudur.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
128
1
az.trend.az

2Mənbələr