AZ

Delimitasiyaya etiraz edənlərə qarşı cinayət təqibi başladı

Ermənistanın İstintaq Komitəsi aprelin 20-dən bəri Azərbaycan ilə sərhədin delimitasiyasına etiraz aksiyalarında iştirak edən 15 nəfərə qarşı cinayət təqibi başladıb.

QAZİLER.AZ  Axar.az-a istinadən xəbər verir ki,  aksiya iştirakçıları tərəfindən törədilmiş cinayət əməlləri ilə bağlı 11 cinayət işi başlanıb.

7 iş yolları bağlayarkən xuliqanlıq əməlləri, əmlaka qəsdən zərər vurma, fiziki təsir göstərmə, polis əməkdaşlarının qanuni fəaliyyətinə mane olma, yol hərəkəti qaydalarının pozulması ilə bağlıdırsa, qalan 4 iş maşın təkərlərinə ziyan vurulması, aksiyalar zamanı zorakılığa çağırışlar, eləcə də silahların əldə edilməsi və saxlanması ilə bağlıdır.

Təqsirləndirilən 9 şəxs artıq həbs edilib, biri ev dustaqlığındadır. Daha 3 nəfər ölkəni tərk ermək qadağası ilə hələlik sərbəstdir, 1 nəfər inzibati nəzarət altındadır və onun ölkədən çıxışına qadağa var, 1 nəfər isə tərbiyəvi nəzarətdədir.

Bu hallarla bağlı istintaq davam edir.

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
14
qaziler.az

10Mənbələr