AZ

"Qəbələ"nin futbolçularını Gəncədə döydülər

Dünən futbol üzrə Azərbaycan U-16 Liqasının hesabat turunda keçirilən “Kəpəz” – “Qəbələ” matçında xoşagəlməz hadisə baş verib.

Sportnet.az xəbər verir ki, Gəncədə keçirilən qarşılaşmanın final fitindən sonra qonaq komandanın futbolçuları azarkeşlər tərəfindən döyülüb.

İnsidentə səbəb isə matç zamanı “Qəbələ” futbolçularının təhqirə məruz qalması olub. Oyun başa çatandan sonra hər iki komandanın futbolçuları arasında gərginlik yaşanıb. Bu zaman meydana daxil olan 3 azarkeş futbolçulara və məşqçilərə hücum çəkib. İnsident zamanı “Qəbələ”nin futbolçularından Ş.R və Ə.G ciddi xəsarət alıb.

DİN-in mətbuat xidmətinin regional qrupundan  bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, qarşılaşma Gəncə təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
126
22
sportnet.az

10Mənbələr