AZ

“Hakimiyyət bu gün İrəvanda gözlənilən nümayişdən narahatdır” – Erməni mediası

Ermənistan hakimiyyəti bu gün İrəvanda gözlənilən nümayişdən narahatdır.

İnterpress.az xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti yazıb.

“Bu gün İrəvanda gözlənilən nümayiş hakimiyyətin dincliyini pozub”,- qəzey yazıb.

Qeyd olunur ki, hakim partiya üzvlərinə “aksiyada neçə nəfərin iştirak etdiyini, kimlərin iştirak etdiyini, ictimai əhval-ruhiyyənin necə olduğunu və təbliğat meydanında onu necə korlamağı diqqətlə izləmək” tapşırılıb. Səlahiyyətlilər hesab edirlər ki, bu hərəkətlər qartopu effekti yarada bilər və yavaş-yavaş “hərəkət onların qondarma məxmər inqilabı zamanı baş verdiyi kimi sürət qazanmağa başlaya bilər”.

Eyni zamanda, Ermənistan Milli Təhlükəsizlik Xidməti Tavuş vilayətindən İrəvana yürüş iştirakçılarını qanuna əməl etməyə çağırıb və qeyd edib ki, “hər hansı qanunsuz hərəkətlər bütün hüquqi vasitələrlə zərərsizləşdiriləcək”.

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
interpress.az

1Mənbələr