Şəkərli diabet xəstələri üçün satışda olan qidalar bahalaşıb.
Ednews xəbər verir ki, qanda şəkərin miqdarının artmaması üçün qidalar almaq istəyən şəxslərin gördüyü yüksək qiymət onların şəkərini kəllə-çarxa çıxardır.
Məsələn, qlütensiz və şəkərsiz 300 qramlıq qurabiyə 11 manatdır. Şəkər əvəzləyici dadlandırıcıların qiyməti isə beş-altı manat aralığındadır. Diabetik çörək almaq istəyənlər isə bunun üçün iki, üç, beş, hətta səkkiz manat ödəməlidirlər.
Qida eksperti Məhsəti Hüseynova bildirib ki, həmin qidaların istehsal texnologiyası digərlərindən fərqli deyil.
- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta