AZ

Rus sərhədçilər Ermənistanı tərk edir - Putin və Paşinyan razılaşdı

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə Rusiya sərhədçilərinin Ermənistanın paytaxtı İrəvandakı “Zvartnots” hava limanını, eyni zamanda bu ölkənin Sünik, Vayots Dzor, Geğarkunik, Ararat, Tavuşdakı məntəqələri tərk etməsi razılaşdırılıb.

Publika.az xəbər verir ki, bu barədə iqtidara yaxın “Baqramyan 26” "Telegram" kanalı bildirib.

Qeyd olunub ki, Paşinyanla Putin arasında danışıqlar uğurla nəticələnib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
2
publika.az

5Mənbələr