AZ

Əfsanə Enrikeni ələ saldı: deyirdilər ki…

DÇ-1998 və Avo-2000-nin qalibi, Fransa millisinin sabiq müdafiəçisi Biksant Lizarazyu Çempionlar Liqasının yarımfinalında Dortmund “Borussiya”sına məğlub olaraq mübarizəni dayandıran PSJ və onun baş məşqçisi Luis Enrikeni tənqid edib.

Publika.az xəbər verir ki, əfsanəvi futbolçu bildirib ki, Paris klubu rəqibi qiymətləndirmədiyi üçün məğlub olub.

“Onlarda həqiqətən təvazökarlıq yox idi. Rəqib dortmundlular olacağını öyrənəndə, finala yüksələcəklərinə əmin idilər. Düşünürəm ki, bu, “Borussiya”ya qarşı hörmətsizlikdir. İlk qarşılaşmada 0:1 hesabı ilə uduzduqdan sonra Luis Enrike fransızca bir cümlə bildiyini söylədi, o da “Biz qalib gələcəyik” ifadəsidir. “Borussiya” hər iki matçda taktiki döyüşdə qalib gəldi.

Taktika nə idi? Dortmundlu məşqçi olduqca sadə qərarlar verdi. PSJ-nin hücumçularının sürət qazanmasının qarşısını almaq. Çox sıx oynadılar. Çox, çox yaxşı işlədilər. PSJ-nin futbolçularına özlərini sübut etməyə imkan vermədilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
5
publika.az

6Mənbələr