AZ

Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BMT-nin Baş katibinin köməkçisi, BMT İnkişaf Proqramının Siyasət və Proqrama Dəstək Bürosunun Direktoru Markos Atias Neto ilə görüşüb.

Redaktor.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycan nümayəndəliyi sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilib ki, görüşdə BMTİP-in Azərbaycanın iqlim fəaliyyətində əsas lider kimi mövqe tutmasına kömək etmək öhdəliyi bir daha təsdiqlənib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
151
16
redaktor.az

10Mənbələr