AZ

Məşqçinin təcavüz etdiyi tennisçiyə bu qədər təzminat ödəniləcək


Amerika Birləşmiş Ştatları Tennis Assosiasiyası (USTA) WTA reytinqində 651-ci olan Kayl Makkenziyə 9 milyon dollar təzminat ödəməlidir.

OXU24.COM  xəbər verir ki, indi 25 yaşında olan Makkenzi 2022-ci ildə USTA-ya qarşı iddia qaldırıb. O, məşqçi Anibal Arandanın ona cinsi təcavüz etdiyini iddia edib. İddialara görə, hadisə Kayl 19 yaşında olarkən baş verib.

Məşqçi ittihamları rədd edib, lakin USTA onu cəzalandıraraq işdən çıxarıb. Makkenzinin iddialarının araşdırılması zamanı bir USTA əməkdaşı Anibal Arandanın da bir neçə il əvvəl ona nalayiq şəkildə toxunduğunu etiraf edib.

Məhkəmə Birləşmiş Ştatların Tennis Assosiasiyasını Kayla 3 milyon dollar mənəvi təzminat və başqalarının hüquqlarına və təhlükəsizliyinə qəsdən məhəl qoymadığına görə 6 milyon dollar ödəməyə məcbur edib. Femida USTA-nın məsələni ört-basdır etmək cəhdlərini nəzərə alaraq belə qərar verib.

Kayl dünya reytinqində heç vaxt 644-cü mövqedən yuxarı qalxmayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
2
oxu24.com

3Mənbələr