AZ

ABŞ-ın müdafiə naziri İsrailə silah tədarükünün təxirə salındığını təsdiqləyib

ABŞ-ın

Vaşinqton, 8 may, AZƏRTAC

ABŞ bir qrup silah-sursatın İsrailə tədarükünü təxirə salıb.

AZƏRTAC xəbər verir ki, ABŞ-ın müdafiə naziri Lloyd Ostin Senatın Qiymətləndirmələr Komitəsində keçirilmiş dinləmələr zamanı bunu təsdiqləyib.

Onun sözlərinə görə, ABŞ bu addımı Rəfah ətrafında yaranmış gərginliklə əlaqədar atıb.

“Biz bir məsələdə fikrimizi çox aydın ifadə etmişik - İsrail döyüş bölgəsində mülki əhalini hesaba almadan və onları müdafiə etmədən Rafahda böyük hücuma keçməməlidir”, - deyə müdafiə naziri bildirib. Pentaqon rəhbərinin sözlərinə görə, vəziyyət qiymətləndirildikdən sonra böyük əhəmiyyətli bir qrup sursatın İsrailə tədarükünə fasilə verilib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
azertag.az

1Mənbələr