AZ

Baham adaları Fələstini rəsmi olaraq dövlət kimi tanıyıb

Baham adaları Fələstini rəsmi olaraq dövlət kimi tanımaq qərarına gəldiyini açıqlayıb.

BiG.AZ xəbər verir ki, Baham adaları Xarici İşlər Nazirliyindən verilən açıqlamada, hökumətin fələstinlilərin öz siyasi statuslarını sərbəst şəkildə təyin etmək və iqtisadi, sosial və mədəni inkişaflarını sərbəst şəkildə davam etdirmək hüququnu dəstəklədiyi bildirilib.

Bəyanatda Baham adalarının iki dövlətli həll yolunu dəstəklədiyi və Fələstini bir dövlət olaraq rəsmən tanıdığını deyib.

Barbados və Yamayka da aprel ayında Fələstini dövlət kimi tanımaq qərarına gəlib.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
6
big.az

6Mənbələr