AZ

Əli Əsədov: "Türkiyə şirkətləri azad olunmuş ərazilərdə 50-yə yaxın layihə icra edir"

“44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsindən sonra ikitərəfli əməkdaşlığımız üçün yeni imkanlar açılıb”. APA xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Türkiyə-Azərbaycan biznes forumunda çıxışında deyib. Baş nazir azad edilmiş ərazilərdə Türkiyə şirkətlərinin iştirakı barədə məlumat verib: “Hazırda azad edilmiş ərazilərdə bərpa və yenidən qurma işləri geniş vüsət alıb və qardaş Türkiyə şirkətləri bu işlərdə yaxından iştirak edirlər. 20-dən çox Türkiyə şirkəti həmin ərazilərdə 50-yə yaxın layihə icra edir. Həmin layihələrin ümumi dəyəri 4 milyard dollardır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
9
bizimyol.info

10Mənbələr