AZ

Qatil “müqəddəslər”, yaxud qan içindəki "cənnət"...

Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması və Ermənistanla ölkəmiz arasında sərhədlərin delimitasiyası ilə bağlı əldə edilən ilkin razılaşmalar erməni kilsəsinin ciddi narazılıq və təşvişinə səbəb olub. Baş verənləri erməni toplumunun faciəsi kimi dəyərləndirən erməni Qriqoryan kilsəsi və onun keşişləri, Azərbaycanla Ermənistan arasında mümkün sülhü əngəlləmək üçün rəsmi İrəvana açıq təzyiq göstərməkdədir. Kilsə hesab edir ki, Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması, rəsmi Bakıyla sülh və delimitasiya ilə bağlı aparılan danışıqlar “Böyük Ermənistan” ideyasına xəyanətdir və bu xəyanətə görə rəsmi İrəvan “tarix və gələcək nəsillər qarşısında cavab verəcək”.

 

Kilsə İrəvanı Azərbaycanla sülh danışıqlardan çəkindirmək üçün sadəcə bəyanatla çıxış etmir, həm də ona təzyiq göstərmək üçün etiraz aksiyaları təşkil edir, geniş kütlələri hakimiyyətin üzərinə qaldırmağa çalışır. Buna nümunə olaraq keşiş Baqrat Srbazyanın erməni müxalifəti ilə birlikdə kütlələri hakimiyyətə qarşı səfərbər etmək cəhdlərini, keçirdiyi etiraz aksiyalarını göstərmək olar.

Erməni Qriqoryan kilsəsinin qan və müharibə tələbi, bu tələb əsasında törətdiyi həyasızlıqlar o həddə çatıb ki, artıq erməni deputatlar belə hökuməti açıq şəkildə kilsənin təxribatlarına qarşı mübarizəyə səsləyir. Məlumat üçün qeyd edək ki, Ermənistan Milli Assambleyasının “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Emma Palyanın keşişlərin xarici dövlətlərin xüsusi xidmət orqanlarına işləməkdə ittiham edib. O, qeyd edib ki, keşişlərin İrəvanla Bakı arasında hər cür razılaşmaya şiddətlə qarşı çıxması onu göstərir ki, kilsə Azərbaycanla Ermənistan arasında yeni bir müharibənin başlamasında maraqlıdır.

 

Erməni kilsəsinin post-müharibə dönəmində ortaya qoyduğu davranış erməni Qriqoryan kilsəsinin anti-sülh, anti-insani mahiyyətindən xəbər verir. Baş verənlər sübut edir ki, Ermənistanın tarixən Azərbaycana qarşı yürütdüyü spoyqırım siaysətinin əsas ilhamveicilərindən biri erməni kilsəsi olub. O kilsə ki, bu gün də erməni cəmiyyətinin səadətini müharibə və qansız təsəvvür edə bilmir. Tarixən erməni terrorçularının sığınacağı olan, onların silah anbarı, təchizat mənbəyi rolunda çıxış edən erməni kilsəsi, bu gün də silahı, işğalçı müharibələri erməni cəmiyyətinin xoşbəxtliyi üçün əsas vasitə hesab edir.

 

Dünyanın hər yerində din adamları xüsusi hörmət və ehtirama layiq müqəddəs şəxslər hesab edilir. Bu məsələdə erməni keşişləri ilə bağlı istisna təşkil edən yeganə amil onların müqəddəsliklərində qatil ruhunun gizlənməsi, bu müqəddəsliyin kilsə nəhəngliyində çirkaba batmasıdır.

Bütün din xadimləri kimi erməni keşişləri də insanlara cənnət və əbədi xoşbəxtlik vəd edir. Lakin onların vəd etdiyi cənnət qanla çalxalanan, göz yaşı ilə yuyunan, əzab və iztirablardan yoğrulan və öz sakinlərinin qan və ruhu ilə qidalanan cənnətdir. Bu, elə bir cənnətdir ki, ora düşənlər cəhhənnəmə həsədlə baxır, özlərinə sonsuz qədər düşmən kəsilirlər.

 

Bəli, əsrlər bundan öncə olduğu kimi bu gün də kilsə və onun mürtəce baxışları Cənubi Qafqazda sülh üçün ciddi təhlükə mənbəyi olaraq qalmaqdadır. Nə qədər ki, erməni toplumu bu təhlükəni neytralaşdıra bilməyəcək, “qanlı cənnət” erməni cəmiyyətini “yeməkdə”, onu yeni məhrumiyyətlərə düçar etməkdə davam edəcək, erməni toplumunun həyatını cəhənnəmə döndərəcək.

 

Seymur ƏLİYEV

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
moderator.az

1Mənbələr