AZ

Bir yaşlı körpə anasının unutduğu həşişdən zəhərlənib

Rusiyanın paytaxtı Moskvada bir yaşlı qız anasından qalan həşişdən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Qaziler.az bildirir ki, bu barədə mayın 8-də “İzvestiya”nın mənbəsi məlumat verib.

Hadisə ötən gün Daşkənd zolağında yerləşən mənzildə baş verib. Uşağın 26 yaşlı anası bəzən narkotikdən istifadə etdiyini etiraf edib.

Həmsöhbətin sözlərinə görə, qadın narkotikin qalıqlarını qızının çarpayısının yanındakı pəncərənin altına qoyub, sonra mətbəxə keçib. Qayıdanda uşağın həşişi çeynədiyini görüb. Qorxmuş ana dərhal onu körpənin ağzından çıxarıb və təcili yardım çağırıb.

Xəstəxanada balaca xəstəyə narkotikdən zəhərlənmə diaqnozu qoyulub.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

QAZİLER.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
1
qaziler.az

2Mənbələr