AZ

Emre Can: “Uembli”yə çempionluq arzusu ilə yollanacağıq”

Dortmund “Borussiya”sının almaniyalı dayaq yarımmüdafiəçisi və kapitanı Emre Can Çempionlar Liqasının finalına yüksəlməsini şərh edib.

Arena.az xatırladır ki, “Borussiya” Çempionlar Liqasının yarımfinal mərhələsinin hər iki oyununda Fransa nəhəngi PSJ-ni 1:0 hesabı ilə məğlub edərək, finala yüksəlib.

“Bu, nə qədər gözəl bir oyun idi! PSJ-yə qarşı iki oyunda bir qol buraxmamısansa, bu, keyfiyyətin var deməkdir. Hamımız “Uembli”yə getməyi xəyal edirdik, indi ora qələbə arzusu ilə gedəcəyik. “Borussiya”nın kapitanı olduğum üçün çox qürur duyuram”, deyə Emre Can duyğularını dilə gətirib.

Xatırladaq ki, Çempionlar Liqasının finalında Dortmund “Borussiya”sı “Real” – “Bayern” cütünün qalibi ilə qarşılaşacaq. Bu komandalar yarımfinalın cavab oyununu bu gün, mayın 8-də keçirəcəklər.

UEFA Çempionlar Liqasının final oyunu iyunun 1-də Londonun “Uembli” stadionunda keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
arena.az

1Mənbələr