Olaylar.az axar.az-a istinadən bildirir ki, bu barədə Britaniyanın daxili işlər naziri Ceyms Kleverli deyib.
Onun sözlərinə görə, bu, Rusiyanın Britaniya və Avropadakı mənfi fəaliyyətinə cavab addımıdır:
"Hərbi kəşfiyyatçı olan və statusunu açıqlamayan Rusiya hərbi attaşesini göndərəcəyik. Böyük Britaniyada Rusiya ilə əlaqəli bir sıra mülklərin, diplomatik binaların statusunu ləğv edəcəyik. Rusiya diplomatik vizalarına yeni məhdudiyyətlər qoyuruq, o cümlədən rus diplomatlarının Böyük Britaniyada qalma müddətini məhdudlaşdırırıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31