AZ

Rusiya ilk dəfə Ukraynanı “zəlzələ bombası” ilə vurdu– “FAB-1500 hücumları cəhənnəmdir”

Image

Rusiya Müdafiə Nazirliyi Moskvanın taktiki nüvə silahından istifadəni imitasiya edən hərbi təlim keçirməyi planlaşdırdığını açıqlayıb. Təlimlərin “Bəzi Qərb rəsmilərinin Rusiya Federasiyası ilə bağlı təxribat xarakterli bəyanatlarına və təhdidlərinə” cavab olaraq keçiriləcəyi bildirilib. Açıqlamada bildirilir ki, prezident Putinin əmri ilə həyata keçiriləcək təlimlər “qeyri-strateji nüvə qüvvələrinin döyüş hazırlığını təmin etməkdir”.

Təlimlərə Cənub Hərbi Dairəsinin raket bölmələri ilə yanaşı, Rusiya Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin də daxil edilməsi planlaşdırılır.

Rusiya mütəmadi olaraq strateji nüvə qüvvələri ilə təlimlər keçirsə də, ilk dəfədir ki, taktiki nüvə silahı ilə bağlı planı açıq elan edir. Taktiki nüvə silahları, bütün şəhərləri məhv etməyə yönəlmiş ballistik raketləri silahlandıran kütləvi döyüş başlıqları ilə müqayisədə daha az dağıdıcılıq qabiliyyətinə malikdir. 

Bunun əvəzinə, taktiki nüvə silahları sırasına hava bombaları, qısa mənzilli raketlər üçün döyüş başlıqları və artilleriya döyüş sursatları daxildir, bunlar döyüş meydanında istifadə üçün nəzərdə tutulub. Rusiya böyük əksəriyyəti Sovet İttifaqından miras qalmış dünyanın ən böyük nüvə arsenalına malikdir. 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu başlayandan bəri Moskva dəfələrlə nüvə bombalarından düşmənlərinə qarşı istifadə edəcəyi ilə hədələyib. Bu hədələr Ukraynanın Qərb müttəfiqlərinə iki ildən artıq davam edən müharibəyə daha dərindən qarışmamaq üçün xəbərdarlıq xarakteri daşıyır. Ukraynanın bəzi Qərb tərəfdaşları bundan əvvəl müharibənin Ukraynadan kənara da yayıla və NATO ilə Rusiya arasında münaqişəyə çevrilə biləcəyindən ehtiyat edərək, müharibənin alovlanmasından narahat olduqlarını bildiriblər.

Bu arada, Rusiya ordusu Xarkova son günlərin ən şiddətli hücumunu həyata keçirib. ABŞ və Rusiya mediası Moskvanın “zəlzələ bombası” adlandırılan FAB-1500 raketlərindən istifadə etməyə başladığını açıqlayıb. 1500 kiloqramlıq FAB-1500-lə vurulan bölgə darmadağın olub. 

Döyüş təyyarələri tərəfindən kilometrlərlə uzaqdan atılan bu raketlərin əsas məqsədi Ukrayna əsgərlərini dağıdıcılığı ilə kritik nöqtələrdən uzaq tutmaqdır. Ukrayna əsgərləri bildirirlər ki, FAB-1500 hücumundan sonra sağ qalan əsgərlər cəbhə xəttində çox çətin anlar yaşayacaq, çünki şiddətli partlayışlar beyinə da ciddi ziyan vurur.

Mövzu ilə bağlı CNN International-a açıqlama verən ukraynalı bir zabit deyib: “Bu, əsgərlərimizə böyük zərbə vurur. Bütün əsgərlərimiz buna dözə bilməz. Onlar FAB-500-ə az-çox öyrəşsələr də, FAB-1500 hücumları cəhənnəmdir”. 

TAHİR





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
50
baki-xeber.com

10Mənbələr