AZ

Ermənistanda sərhədlərin çəkilməsinə qarşı olan qara qüvvələr birləşirlər

Hurriyyet.az "Yerevan Today" nəşrinə istinadla xəbər verir ki, Ermənistanda Azərbaycanla sərhədlərin delimitasiyasına qarşı etiraz edən qüvvələr birləşməyə başlayıblar. "Vətən naminə Tavuş" qondarma hərəkatına səkkiz təşkilat qoşulub. 
Həmin təşkilatlar bunlardır: "Milli Təhlükəsizlik Xidmətinin istefada olan zabitləri ittifaqı",  istefada olan zabitlərin "Vətən qalxanı" birliyi, "Qarabağ müharibəsi veteranları ittifaqı, "Sisakan" dəstəsi, "Ata yurdun səsi" ziyalı qurumu, Vitali Balasanyanın ofisi, "Qayıdış" fondu və "Milli qvardiya" birliyi.
Qeyd edək ki, Vitali Balasanyan 1988-ci il fevralın 22-də baş vermiş Əsgəran hadisəsinin - Qarabağ münaqişəsində ilk qanın tökülməsinin təşkilatçısı və icraçısı olduğunu özü etiraf etmiş bir canidir. O zaman ermənilər atəş açmaqla 2 azərbaycanlı gənci  - Əli Hacıyevi və Bəxtiyar Quliyevi qətlə yetirmişdilərdilər. İki azərbaycanlı gəncin öldürülməsi faktını o zamankı SSRİ-nin Baş Prokrorunun birinci müavini F.Katusev Mərkəzi Televiziyada çıxış edərkən təsdiqləmişdi.
Hürr Tərcüman

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
hurriyyet.az

1Mənbələr