AZ

Azərbaycan və Türkiyə hökumətləri arasında protokol imzalanıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclasının nəticələrinə dair protokol imzalanıb.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, sənədi Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz imzalayıblar.

Azərbaycan İqtisadiyyat Nazirliyi və Türkiyə Ticarət Nazirliyi arasında ticarətin asanlaşdırılmasına dair Ortaq işçi qrupu yaradılacaq. Buna dair sənəd də Azərbaycanın Baş naziri Əli Əsədovun Türkiyəyə səfəri çərçivəsində imzalanıb.

İclasın nəticələrinə dair mətbuat konfransında çıxışı zamanı Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz iki ölkə arasındaki iqtisadi əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək, Azərbaycanın Türkiyəyə etdiyi yatırımların həcminin 21 milyard dollara çatdığını vurğulayıb. Onun sözlərinə görə, Türkiyənin Azərbaycana birbaşa yatırımlarının həcmi isə 13 milyard dollar səviyyəsindədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
7
apa.az

8Mənbələr