AZ

Birinci Qarabağ müharibəsi şəhidinin nəşi Lənkəranda torpağa tapşırıldı

Bakı. Trend:

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunanİsmayılov Habil Oruc oğlunun meyitinin qalıqları Lənkəranagətirilib. O, Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən"Peyğəmbər" qəbiristanlığında naməlum şəhid kimi dəfnedilmişdi.

Trend xəbər verir ki, şəhidin nəşi rayonun Kərgəlan kəndindəailəsinə təhvil verilib və vida mərasimi keçirilib.

Vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər,eləcə də, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarınınəməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi kəndqəbiristanlığında torpağa tapşırılıb, dualar oxunub.

Qeyd edək ki, İsmayılov Habil Oruc oğlu 1994-cü il yanvarın27-də Xocavəndin “Şişqaya” yüksəkliyi uğrunda gedən döyüşlərdəitkin düşmüş hesab olunurdu.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
2
az.trend.az

10Mənbələr