AZ

Bolqarıstan Azərbaycanın ixrac bazarının TOP-10-luğuna daxildir – Sahib Məmmədov (FOTO)

Bakı. Trend:

Bolqarıstan Azərbaycanın ixrac bazarının TOP-10-luğuna daxildirvə 2023-cü illə müqayisədə ticarət dövriyyəsi dəfələrlə artıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyatnazirinin müavini Sahib Məmmədov Azərbaycan və Bolqarıstanşirkətlərinin “dəyirmi masa”sı zamanı bildirib.

O vurğulayıb ki, yalnız 2024-cü ilin birinci rübü ərzindəqarşılıqlı ticarət 4 dəfə - 153 milyon ABŞ dollaradək, Azərbaycanvə Bolqarıstanın ixracı isə 4 dəfədən çox – 146 milyon ABŞdollarınadək artıb.

“Münasibətlərimizin inkişafı 65 sənədə əsaslanır. Əməkdaşlıqənənəvi ticarət-investisiya fəaliyyətindən kənara çıxır. Biz həm dəAvropa İttifaqının layihələri çərçivəsində çoxtərəfli əsasda (buyaxınlarda 2,1 milyon avro məbləğində tvinniq layihəsi) əməkdaşlıqedirik. Bütün bunlar müxtəlif sahələrdə əməkdaşlıq və tərəfdaşlığasadiqliyimizi nümayiş etdirir”, - S.Məmmədov deyib.

O, Bolqarıstran şirkətlərini Azərbaycanın iqtisadi zonaları vəölkənin azad olunmuş ərazilərində layihələrin icrasına dəvətedib.

Qeyd edək ki, Bakıda Azərbaycanda İxracın və İnvestisiyalarınTəşviqi Fondu (AZPROMO) və İqtisadiyyat Nazirliyinin təşkilatçılığıilə Azərbaycan-Bolqarıstan biznes-forumu öz işinə başlayıb. ForumdaBolqarıstan-Azərbaycan Ticarət-Sənaye Palatasının sədri DimitarBratanov və AZPROMO-nun icraçı direktorunun müavini Zöhrab Qədiroviştirak edirlər.

Bundan başqa, forumda rəsmi şəxslər və xüsusilə sənaye,nəqliyyat, logistika, kənd təsərrüfatı, İKT, həmçinin, neft-qaz,tikinti, mühəındislik, mebel, sığorta, konsaltinq və ticarətsahələrini təmsil edən 120-yə yaxın iş adamı iştirak edir.

Bolqarıstan
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
az.trend.az

1Mənbələr