AZ

“Fransa Ukraynaya əsgər göndərsə, Rusiya ordusu onları hədəfə alacaq”- ZAXAROVA

“Paris fransız hərbçilərini Ukraynaya göndərmək qərarına gələrsə, Rusiya ordusu onları hədəfə alacaq”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Fransa prezidenti Emmanuel Makron əsgərlərin döyüş bölgəsinə göndərilməsi ilə bağlı açıqlamaları ilə Rusiya üçün strateji qeyri-müəyyənlik yaratmaq istəyir. “Onu məyus etməliyik. Bizə görə vəziyyət daha dəqiq görünür. Əgər fransızlar münaqişə zonasında peyda olacaqlarsa, onlar qaçılmaz olaraq Rusiya Silahlı Qüvvələrinin hədəfinə çevriləcəklər”, – Zaxarova deyib.

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
azpost.info

1Mənbələr