AZ

Bolqarıstanın birinci xanımı Bakıda dolma bükdü

Mayın 8-də Bolqarıstanın birinci xanımı Desislava Radeva Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub.

Oxu24.com xəbər verir ki, Bolqarıstanın birinci xanımına ölkəmizin milli mətbəxinin xüsusiyyətləri haqqında məlumat verib.

Qonağa şah plov, kükü, düşbərə, qutablar, yarpaq dolması, dovğa, habelə milli şirniyyatımız olan şəkərbura və Azərbaycan mətbəxinin digər ləziz nümunələri təqdim olunub.

Sonra Bolqarıstanın birinci xanımına milli mətbəximizin təamlarının hazırlanma üsulları nümayiş edilib.

Azərbaycan milli mətbəxinin ləziz təamları ilə tanışlıq Bolqarıstanın birinci xanımı Desislava Radevada xoş təəssürat yaradıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
144
49
oxu24.com

10Mənbələr