AZ

9-cu mərtəbədən yıxılan yeniyetmə sağ qaldı

Moskvanın şimal-qərbində 15 yaşlı yeniyetmə 9-cu mərtəbədən yıxılaraq xəstəxanaya yerləşdirilib.

Olaylar xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Bildirilir ki, hadisə çərşənbə axşamı saat 20.40 radələrində Fomiçeva küçəsində baş verib.

Yeniyetmənin yaxınlıqdakı küçədə yaşadığı müəyyən edilib. Onun niyə bu evdə qalması və hansı şəraitdə pəncərədən düşdüyü polis tərəfindən müəyyən edilir. Zərərçəkən ağır qarın xəsarətləri və ayağının sınığı ilə xəstəxanaya çatdırılıb. (publika.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
2
olaylar.az

3Mənbələr