AZ

Şəhərin mərkəzində avtobus qəfildən tüstüləndi, sərnişinlər düşürüldü - VİDEO

Paytaxtın Nəsimi rayonu Şəmsi Bədəlbəyli küçəsində “BakuBus” MMC-yə məxsus avtobus anidən tüstülənib.
Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 8-də səhər saatlarında Bakı Musiqi Akademiyasının qarşısında qeydə alınıb. Belə ki, 79 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu hərəkətdə olarkən anidən tüstülənməyə başlayıb. Bu zaman sürücü nəqliyyat vasitəsini saxlayıb və sərnişinləri düşürüb. Hadisə şahidlərinin iddiasına əsasən, tüstülənmə avtobusda  yaranmış nasazlıqdan qaynaqlanıb.

Nərmin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
avtosfer.az

1Mənbələr