AZ

Lənkəranın Kərgəlan kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib

Lənkəranın
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Habil Oruc oğlu İsmayılovla Lənkəran rayonunun Kərgəlan kəndində keçirilən vida mərasimi başa çatıb. 1news.az-ın "Report"a istinadən məlumatına görə, şəhidin nəşi Kərgəlan kənd qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Lənkəran Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Qeyd edək ki, Habil Oruc oğlu İsmayılov 1975-ci il mayın 26-da anadan olub. O, 1994-cü ilin yanvarın 27-də Xocavənd rayonunun “Şişqaya” yüksəkliyi istiqamətində itkin düşüb. H.İsmayılov Kərgəlan kənd qəbiristanlığında dəfn olunacaq.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
7
1news.az

7Mənbələr