AZ

"Eldar, biabırçılıqdır, istefa ver" - FOTO

Xəbər verdiyimiz kimi, "Avroviziya" təmsilçilərimiz İlkin Dövlətov və Fahree finala vəsiqə qazana bilməyiblər.

Musavat.com axşam.az-a istinadən bildirir ki, nəticələr açıqlandıqdan sonra sosial şəbəkədə tənqid olunan Azərbaycan nümayəndə heyətinin musiqi prodüseri, müğənni Eldar Qasımov olub. İnsanların əksəriyyəti beynəlxalq yarışdakı uğursuzluğun səbəbini Eldarda görüblər.

Eldarın instaqram hesabındakı sonuncu paylaşımına ötən gecədən bu yana yüzlərlə şərh yazılıb.

İnsanların hamısı şərhdə Eldarın bu postdan istefa verməli olduğunu qeyd ediblər.

İfaçıya "Eldar, deleqasiyadan get, təcrübəsiz ifaçıları ora niyə yollamısan?", "Eldar, deleqasiyadan getməyin vaxtıdır. 2 ildir finala çıxa bilmirik", "Avroviziya" sənlik deyil, əl çək", "Eldar, biabırçılıqdır, istefa ver" kimi şərhlər yazılıb.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
289
4
musavat.com

5Mənbələr