AZ

Ombudsman Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansının illik iclasında çıxış edib

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili(Ombudsman) Səbinə Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyətiMilli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansının (GANHRI)Cenevrə şəhərində keçirilən növbəti illik iclasında iştirak edir.Dünyanın müxtəlif ölkələrindən milli insan hüquqları təsisatlarınınrəhbər və nümayəndələrinin, habelə beynəlxalq təşkilatlarıntəmsilçilərinin və ekspertlərin də iştirak etdiyi tədbirçərçivəsində digər cari məsələlərlə yanaşı, prioritet mövzu olaraqiqlim dəyişikliyi və insan hüquqları barədə müzakirələraparılıb.

Trend xəbər verir ki, Azərbaycan Ombudsmanı iclasda çıxışedərək, sağlam ətraf mühitdə yaşamaq hüququnun müdafiəsi sahəsindəmilli insan hüquqları təsisatlarının vacib rol oynadığını bildirib.Çıxışı zamanı Müvəkkil BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərisırasında iqlim dəyişikliyinə qarşı mübarizənin mühüm bir istiqamətolduğunu qeyd edərək, bu prosesdə milli insan hüquqlarıtəsisatlarının iştirakının əhəmiyyətinə toxunub.

S.Əliyeva bu il BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-unAzərbaycanda keçiriləcəyini bildirərək, Ombudsman Aparatının daaidiyyəti sahədə tədbirlər planlaşdırdığını qeyd edib.

Çıxış zamanı iqlim dəyişikliyinin insan hüquqlarına mümküntəsirləri ilə bağlı məlumatlılığın artırılması istiqamətindəmaarifləndirici tədbirlərin təşkil olunacağı və Ombudsmantəsisatının beynəlxalq meyarlara uyğun olaraq bu sahədə həyatakeçirdiyi fəaliyyəti diqqətə çatdırılıb.

Daha sonra milli insan hüquqları təsisatları tərəfindən 2023-cüildə qəbul edilmiş Kiyev-Kopenhagen Bəyannaməsinin icrasıistiqamətində Milli Preventiv Mexanizm (MPM) mandatı çərçivəsindəgörülmüş işlər barədə təcrübə mübadiləsi aparılıb.

Müvəkkil MPM mandatı çərçivəsində görülmüş işlər, bu sahədə əldəolunmuş müsbət təcrübələr, əvvəlcədən xəbərdarlıq etmədən şəxslərinöz iradəsi ilə tərk edə bilmədiyi yerlərə keçirilən başçəkmələr,eləcə də işgəncə və digər pis rəftarın qarşısının alınmasımövzusunda təşkil edilən maarifləndirmə tədbirləri barədə tədbiriştirakçılarına məlumat verib.

Tədbir zamanı tematik sessiyada Ombudsman tərəfindən ölkəmizinüzləşdiyi mina problemi ilə bağlı məsələ qaldırılıb, otuz ilə yaxınişğal dövründə torpaqlarımızda basdırılmış minaların keçmiş məcburiköçkünlərin öz doğma yurdlarına qayıdışına maneə yaratdığı, mülkişəxslərin həyatına və sağlamlığına ciddi təhdid törətdiyi diqqətəçatdırılıb. Müvəkkil beynəlxalq qurumları bu problemin aradanqaldırılması istiqamətində fəal olmağa və ölkəmizə dəstəkgöstərməyə çağırıb.

Səfər çərçivəsində Ombudsman Səbinə Əliyeva BMT-nin Avropa üzrəİqtisadi Komissiyasının icraçı katibinin müavini Dmitri Mariyasinilə görüş keçirib. Görüş zamanı COP29 çərçivəsində milli insanhüquqları təsisatlarının fəaliyyətinin əhəmiyyəti vurğulanıb,Azərbaycanın Ombudsman təsisatı tərəfindən bu istiqamətdə nəzərdətutulan tədbirlər barədə müzakirələr aparılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
4
az.trend.az

5Mənbələr