AZ

Yassin Benzia "Qarabağ"dan ayrıla bilər

Əlcəzair millisinin futbolçusu Yassin Benzia yayda “Qarabağ”dan ayrıla bilər.

Sportnet.az yerli mətbuata istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi Fransaya qayıda bilər.

Bildirilib ki, daha tələbkar və tanınmış çempionata keçmək Yassin Benzianın açıq-aşkar ambissiyasıdır. İllər boyu gəzib-dolaşdıqdan, uğursuz macəralardan və baş barmağının amputasiyası ilə nəticələnən ciddi əl zədəsindən sonra yenidən pik formaya çatan futbolçudur. Bu mövsüm “Qarabağ”la Azərbaycan çempionu olan “Lill”in keçmiş yarımmüdafiəçisi təklifləri nəzərdən keçirir və indi Fransaya, orta səviyyəli kluba və ya Liqa 1-ə yüksəlmiş komandaya qayıtmağa hazır görünür".

Qeyd edək ki, Yassin Benzia 2023-cü il yanvarın 26-da "Qarabağ"a keçib və onun müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. 


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
1
sportnet.az

3Mənbələr