AZ

“Mahir Emrelinin fikirlərinin çoxu doğru deyil” – azarkeş yoxdusa, jurnalist günahkardı?

Xorvatiyada legioner həyatı yaşayan Mahir Emreli bir neçə gün əvvəl İTV-yə verdiyi müsahibə ilə gündəmə gəldi.

Belə ki, həmkarımız söhbət əsnasında azarkeş kasadlığından danışaraq Mahirə “bəs azarkeşlərimizi harda itirdik” sualını ünvanladı. O isə cavabında “məncə, burda günah jurnalistlərdədi. Çünki yazdıqları yazılarla azarkeşləri tribunalardan küsdürdülər” dedi. Görəsən, həqiqətən də bu mövzuda günah jurnalistlərdə və ya mediadadı? Məsələ ilə bağlı təcrübəli həmkarımız Anar Xanlarovun fikirlərini öyrəndik. Onun “Football-plus.az”a söylədikləri:

“Sözündə həqiqət olan məqamlar var, amma bu haqda dediyi fikirlərin çoxu, təbii ki, doğru deyil. Hətta bir məqamda özü də özünü təkzib elədi. Dedi ki, mən oynayanda rəqabət var idi. “Neftçi", "Qarabağ", "Sabah" üz-üzə gələndə azarkeş çox gəlirdi, çünki rəqabət var idi. Adam öz dili ilə etiraf edib ki, rəqabət olanda mübarizə olanda azarkeş də gəlir”.

KAMAL SƏFƏR
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
football-plus.az

1Mənbələr