AZ

AFFA “Qarabağ” – “Neftçi” oyununda baş verənləri araşdırıb - Cəzalar

Bakı. Trend:

AFFA Azərbaycan Premyer Liqasının XXXIII turunun “Qarabağ” –“Neftçi” oyununda baş verənləri araşdırıb.

Trend İdman.biz-əistinadən xəbər verir ki, matçda yaşananlara hüquqi qiymətverilib.

“Qarabağ” azarkeşləri tərəfindən meydançaya kənar əşyaatıldığına görə klub 800 manat cərimə edilib. Ağdam təmsilçisininfanatları tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələrsəsləndirildiyinə görə bölgə komandası 1000 manat ödəyəcək.

“Neftçi”nin futbolçusu Yuri Matias hakimi təhqir etdiyinə görəbirbaşa qırmızı vərəqə aldığı üçün 2-si şərti olmaqla 4 oyuncəzalanıb. O, klubunu 3000 manat ziyana salıb. Sınaq müddəti 3 aytəyin edilib.

“Neftçi” azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramizifadələr səsləndirildiyinə görə bakılılar 1000 manatcərimələnib.

Paytaxt təmsilçisinin azarkeşləri tərəfindən 10 oturacağınsındırılmasına görə stadiona dəymiş zərər “Neftçi” tərəfindənödəniləcək.

Qeyd edək ki, “Qarabağ” “Neftçi”yə 5:0 hesabı ilə qalibgəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
1
az.trend.az

2Mənbələr