AZ

ADY qatarları ilə səfər edənlərin sayı 21,4 faiz artıb

Bu ilin aprel ayında “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) şəhərətrafı və ölkədaxili qatarları ilə səfər edənlərin sayı 21,4 % artaraq 684,862 minə çatıb.

FED.az  ADY-yə istinadən xəbər verir ki, apreldə səfər edənlərin 95,8 %-i və ya 656,269 mini Abşeron dairəvi dəmir yolu xətti üzrə səyahət edib. Bu da, ötən ilin eyni dövrü ilə müqayisədə 21,8 % çoxdur.

Hesabat dövründə Bakı-Ağstafa-Bakı dəmir yolu xətti üzrə səfər edənlərin sayı 6,3 % artaraq 24,975 minə, Bakı-Qəbələ-Bakı dəmir yolu xətti üzrə səfər edənlərin sayı isə 2,2 dəfə artaraq 3,618 minə çatıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
149
12
fed.az

10Mənbələr