Bu gün UEFA Çempionlar Liqasında ikinci finalçı müəyyənləşəcək.
Apasport.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda "Real Madrid" İspaniyada Almaniyanın "Bavariya" klubunu qəbul edəcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək.
Bu cüt arasındakı ilk matçda heç-heçə qeydə alınıb - 2:2.
Qeyd edək ki, turu keçən komanda finalda "Borussiya"ya (Dortmund) rəqib olacaq.