AZ

Bu prospektdə təmir işləri aparılır - Sürücülərin nəzərinə

8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində mərkəz istiqamətində aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işləri aparılır.

Oxu24.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

"Sürücülərdən qeyd olunan ərazidə hərəkətdə olarkən diqqətli olmaları və sürət həddinə əməl etmələri xahiş olunur", NİİM-dən bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
23
oxu24.com

10Mənbələr