AZ

Məleykə Abbaszadə: "İştirakçı sayı 10 mindən az olan imtahanlar elektron formatda keçiriləcək"

“Dövlət İmtahan Mərkəzinin İmtahan Korpusunda hər gün iki növbə olmaqla 1700 nəfər qiymətləndirmə prosesinə cəlb oluna bilər".

İqtisadiyyat.az APA-ya istinadən xəbər verir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə yeni imtahan korpusu ilə tanışlıq zamanı media nümayəndələrinə açıqlaması zamanı deyib.

"İndiyə qədər keçirilən 45 imtahanın 21-i elektron formada keçirilən imtahan olub. O zaman şərait yox idi. Elektron imtahanlarda keçən il 7000 insan iştirak edib", - DİM sədri bildirib.

Məleykə Abbaszasənin sözlərinə görə, dövlət qulluğu ilə bağlı keçirilən imtahanlar artıq elektronlaşdırma prosesinə cəlb ediləcək:

"Eləcə də bu proses işə qəbul olma imtahanlarına da şamil ediləcək".

DİM rəhbəri deyib ki, bu il ərzində kontingenti 2000-dən az olan bütün imtahanlar artıq yeni imtahan korpusunda baş tutacaq:

"Bu mənada, artıq gələn ilki imtahan cədvəli barədə düşünülür. Hesab edirəm ki, bir il ərzində bütün imtahanlardakı iştirakçı sayı 10 000-dən az olan imtahanları elektron formatda burada keçirə biləcəyik".

Məleykə Abbaszadə onu da əlavə edib ki, regional bölmələrlə yanaşı, müxtəlif ali məktəblər və tədris mərkəzləri ilə də əlaqə yaradaraq kütləvi imtahanları elektron formata keçirmək üçün ölkə üzrə bu cür mühit yaradılacaq.

"Yüksəliş müsabiqəsinin onlayn sessiyası mayın 13-dən beş gün ərzində bu korpusda həyata keçiriləcək".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
315
16
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
38918
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24280
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
19294
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14893
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
14713
Abdullahianın cəsədi tapıldı - FOTO
12365
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11630
Helikopterin qalıqları tapılıb
11175
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7838
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6863
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6530
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5729
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5451
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4852
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4345
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3866
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3456
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
3370
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2397