AZ

“Xalq artisti Soltan Hacıbəyоv – 105” adlı kitab sərgisi açıldı

Bu gün Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti, Dövlət mükafatı laureatı, professor Soltan Hacıbəyovun anadan olmasının 105-ci ildönümü münasibətlə Milli Kitabxanada “Xalq artisti Soltan Hacıbəyоv – 105” adlı geniş kitab sərgisi hazırlanıb.

Kulis.az xəbər verir ki, sərgidə Milli Kitabxananın fondunda mühafizə olunan bəstəkarın əsərlərinin not yazıları, həyat və yaradıcılığına həsr olunmuş Azərbaycan və digər dillərdə kitablar nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
2
kulis.az

3Mənbələr