AZ

“Akıncı” PUA MAM-L və MAM-T sursatları ilə suüstü hədəfləri məhv edib

“Akıncı” pilotsuz uçuş aparatı (PUA) “Roketsan” şirkətinin istehsalı olan MAM-L və MAM-T mini ağıllı sursatları ilə suüstü hədəflərə qarşı sınaq atışları yerinə yetirib.

“Poliqon” “Baykar” şirkətinə istinadən xəbər verir ki, sınaq zamanı suüstü sabit və hərəkətli hədəflərdən istifadə olunub.

Belə ki, “Akıncı” PUA ona inteqrasiya edilən ASELSAN şirkətinin ASELFLIR-500 kəşfiyyat, müşahidə və hədəfləmə sistemi ilə əvvəlcə hədəfləri müəyyənləşdirib. Daha sonra MAM-L və MAM-T sursatları ilə birinci sabit, ikinci olaraq isə hərəkətli hədəf kimi istifadə edilən ASELSAN-ın “Albatros” insansız katerini məhv edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
poliqon.az

1Mənbələr