AZ

Tramp: Ruhi xəstələr Amerikaya buraxılır

Birləşmiş Ştatlar sərhədini keçən sənədsiz miqrantlar arasında digər ölkələrin həbsxanalarında və ya ruhi xəstəxanalarda saxlanılanlar da var.

Yenisabah.az WGAL-a istinadla xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib:

“Onlar (indiki Amerika administrasiyası - red.) qərara gəldilər ki, dünyanın hər yerindən insanların ölkəmizə daxil olmasına imkan verən açıq sərhədlərə ehtiyacımız var: həbsxanalardan, psixiatriya xəstəxanalarından. Biz hər kəsi qəbul edirik”.

Tramp etiraf edib ki, immiqrantlar arasında ABŞ-a fayda gətirən insanlar var.

O, noyabrda keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə ABŞ sərhədini qeyri-qanuni miqrantlar üçün bağlayacağını vəd edib.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
1
yenisabah.az

2Mənbələr