AZ

Azərbaycana gələn 40 min turist - XİDMƏTDƏN NARAZI GEDİB

Bu ilin yanvar-mart aylarında 39 min 234 nəfər əcnəbi turist Azərbaycanda göstərilmiş xidmətlərdən narazı qalıb.

FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ölkəyə turizm məqsədilə gələn ümumi əcnəbi turistlərin 12%-i deməkdir.

Turistlərin Azərbaycanda ən çox narazı qadığı xidmət növü avtobusla sərnişin daşınması olub. 9,2 min nəfər avtobus xidmətini bəyənməyib.

Turistlərin 7 min nəfəri restoranlardakı xidmətlərdən narazı qalıb. 5 min 517 nəfər isə taksilərin xidmətini bəyənməyib.

Otellərdən narazı qalan turistlərin sayı 3 453 nəfər olub.  4 min 439 nəfər turist bələdçi xidmətlərindən narazı qalıb.

Bakı metrosundan istidadə etmiş tursitlərin 2 min 374 nəfəri bu nəqliyyatdan narazı olub.

Bundan başqa, turistlərin 1 484 nəfərini turagentlərin xidmətiəri, 5 min 763 nəfəri isə digər xidmətlər qane etməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
1
fed.az

2Mənbələr