AZ

Azərbaycan təmsilçiləri "Avroviziya-2024" mahnı müsabiqəsində finala keçə bilmədilər

Azərbaycan təmsilçiləri "Avroviziya-2024" mahnı müsabiqəsində finala keçə bilmədilər

İsveçin Malmö şəhərində keçirilən 68-ci "Avroviziya-2024" mahnı müsabiqəsində ikinci yarımfinalda iştirak edəcək ölkələrin adları açıqlanıb.

Oxu.Az xəbər verir ki, gecədə 15 ölkənin təmsilçisi mahnılarını səsləndirib.

Yarışmada "Özünlə apar" mahnısını ifa edən təmsilçilərimiz Fahree (Fəxri İsmayıl) və İlkin Dövlətov finala çıxa bilməyiblər.

Serbiya, Portuqaliya, Sloveniya, Ukrayna, Litva, Finlandiya, Kipr, Xorvatiya, İrlandiya, Lüksenburq kimi ölkələrin təmsilçiləri isə finala vəsiqə qazanıblar.

Qeyd edək ki, yarışmanın ikinci yarımfinalı mayın 9-da, final isə mayın 11-də keçiriləcək.
00:34

İsveçin Malmö şəhərində keçirilən 68-ci "Avroviziya-2024" mahnı müsabiqəsinin birinci yarımfinalında Azərbaycan təmsilçiləri səhnəyə çıxıblar.

Oxu.Az xəbər verir ki, Fahree (Fəxri İsmayıl) və İlkin Dövlətov "Özünlə apar" mahnısını ifa ediblər.
Onlar səhnədə 12-ci nömrə ilə çıxış ediblər.

Qeyd edək ki, ikinci yarımfinal mayın 9-da, final isə mayın 11-də olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
208
10
sonxeber.az

10Mənbələr