AZ

Yassin Benzia Azərbaycan Kubokunun final görüşünü buraxacaq

“Qarabağ”ın futbolçusu Yassin Benzia “Kəpəz”lə final görüşünü buraxmalı olacaq.

Sportinfo.az-ın məlumatına görə, Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Qarabağ”la “Neftçi” arasındakı cavab oyununda ağdamlılar ciddi itki ilə üzləşiblər.

Komandanın aparıcı simalarından olan Yassin Benzia sarı vərəqə almaqla “Zirə” ilə final qarşılaşmasında forma geyinmək şansını itirib.

Fransalı yarımmüdafiəçi cari kubok mövsümündə ikinci sarı vərəqəsini alaraq cəzalı duruma düşüb.

Qeyd edək ki, “Qarabağ”la “Zirə” arasındakı final görüşü iyunun 2-də “Liv Bona Dea Arena”da keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
1
oxu.az

10Mənbələr