AZ

Qahirədə Qəzzadakı vəziyyətlə bağlı danışıqların növbəti mərhələsi başlayıb


Fələstinin "HƏMAS" hərəkatının nümayəndə heyəti ilə Misir, Qətər və ABŞ-dan olan bir qrup vasitəçi arasında Qəzza zolağında nizamlama üzrə danışıqların növbəti mərhələsi başlayıb.


Missiya.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "EFE" agentliyi Misir televiziyasına istinadən bildirib.

Məlumata əsasən, danışıqlar Misir paytaxtı Qahirədə keçirilir.


"Nümayəndə heyətinin üzvləri Qəzza zolağında atəşkəsə nail olmaq imkanlarının müzakirəsini başa çatdırmaq niyyətindədirlər. İsrail ordusu Misirlə sərhəddə yerləşən "Rəfah" keçid məntəqəsinə nəzarəti ələ keçirdikdən sonra Misir Qəzzada vəziyyətin qabağını almaq üçün fəal səylər göstərir", - deyə agentlik qeyd edib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
1
missiya.az

2Mənbələr