AZ

Argentinada Rusiya vətəndaşı Çurkinin Ukraynaya ekstradisiyası ilə bağlı məhkəmə prosesi başlayıb

Argentinada Rusiya vətəndaşı İqor Çurkinin Ukraynaya mümkün ekstradisiyası ilə bağlı məhkəmə prosesi başlayıb.

 

Oxu24.com  xəbər  verir   ki,  bu  barədə   vəkil Kristian Rubilar RİA Novosti-yə müsahibəsində bildirib.

 

“Ekstradisiya məhkəməsi artıq başlayıb”, o qeyd edib.

 

Rubilar əlavə edib ki, müdafiə bu gün öz arqumentlərini təqdim edəcək - qaçqın statusu və vətəndaşlıq üçün müraciət. Eyni zamanda vəkil ekstradisiya işinə baxılmasının nə vaxt çəkə biləcəyini deyə bilməyib.


Xatırladaq ki, Argentina polisi yanvarın 30-da Kiyevin sorğusu əsasında Rusiya vətəndaşını saxlayıb. Kişinin ailəsi ilə birlikdə ölkəyə turizm məqsədi ilə gəldiyi bildirilib.

 

Fevralın 5-də Argentinada Kiyevə ekstradisiya olunmaq üçün məhkəməni gözləyən Rusiya vətəndaşının müdafiəsi siyasi sığınacaq üçün vəsatət qaldırıb. Bu məsələ ilə bağlı müsbət qərar verilsə, rusiyalı Ukraynaya ekstradisiya edilməyəcək.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
174
50
Mənbələr
Şərh ()
Bağla