AZ

Aİ ölkələrindən biri NATO-ya üzv olmaqdan imtina etdi

“Avstriya Şimali Atlantika Alyansına qoşulmaq niyyətində deyil və planlaşdırmır, lakin bəzi NATO üzvləri ilə mümkün əməkdaşlıqdan imtina etmir”. 

Viral.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avstriya Xarici İşlər Nazirliyinin rəhbəri Aleksandr Şallenberq ölkə parlamentinin aşağı palatasının komitəsində çıxışı zamanı bildirib.

“Biz NATO-ya daxil olmağı planlaşdırmırıq”, – deyə nazir parlament üzvlərindən birinin sualını cavablandırıb.

Onun sözlərinə görə, Vyana həmçinin Avropa regionunda digər neytral dövlətlərlə, xüsusən İrlandiya, Malta ilə informasiya mübadiləsi sahəsində əməkdaşlığı genişləndirmək məqsədi daşıyır.

(redaktor.az)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
4
viral.az

5Mənbələr