AZ

"Qarabağ"ın keçmiş qapıçısı İbrahim Şehiç milli karyerasını bitirib

“Qarabağ”ın keçmiş qapıçısı İbrahim Şehiç Bosniya və Herseqovina millisində karyerasını sonlandırıb.

Apasport.az xəbər verir ki, 35 yaşlı qolkiper bu barədə instaqram hesabında paylaşım edib. O, 14 ildən sonra yığma ilə vidalaşdığını açıqlayıb.

Xatırladaq ki, Şehiç 2015-2018-ci illərdə Ağdam klubunda çıxış edib. O, "köhlən atlar"la 5 dəfə ölkə çempionu olub.

Hazırda “Əl-Halic" klubunun formasını geyinir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
4
apa.az

5Mənbələr