AZ

"Urbanda görüşərik" layihəsi çərçivəsində Əhməd Cavad yad edilib - FOTO

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, maarifçi və ictimai xadim Əhməd Cavadın anadan olmasının 132-ci ildönümünə həsr olunmuş "Qiraət axşamı" keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himinin səslənməsi ilə başlayıb. Gecənin aparıcısı Xuraman Ağayeva qonaqları salamladıqdan sonra Azərbaycanın azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlər bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə AMEA-nın Gəncə bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru Əlimuxtar Muxtarov, Gəncə Dövlət Universitetinin Azərbaycan və Dünya Ədəbiyyatı kafedrasının  müəllimi Vüsal Hicran Əhməd Cavadın həyat və yaradıcılığı haqqında məlumat verib.

Gecədə qiraətçilər İmamverdi Vəliyev,Lalə Həsəncan, Xalidə Nəbiyeva, Məhəmməd Hacıyev iştirak ediblər.

Sonda Xalq Artisti Sevinc İbrahimovanın "Çırpınırdı Qara dəniz", Əməkdar artist Tural Abdullayevin ifasında "Şükriyyə"mahnısı və gənc vokalçılar Qaya Nəsibzadə, Fidan Məmmədzadənin ifaları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Məqaləyə dair fotomateriallar:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
2
olaylar.az

6Mənbələr