AZ

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Bakı. Trend:

Güclü külək və leysan yağışları Gürcüstanın bir çoxərazilərində, eləcə də paytaxt Tbilisidə ciddi problemləryaradıb.

Trend xəbər verir ki, paytaxt Tbilisinin Qldani rayonunda küləkağacları aşırıb. Avtomobillərə və evlərə ciddi ziyan dəyib.

Tbilisi meriyasının yaydığı məlumatda deyilir ki, paytaxtərazisindən keçən Qldanula çayı məcrasından çıxıb və nəticədəQldani rayonunda evlərin birinci mərtəbələrini, ictimai-iaşəobyektlərini, həyətyanı sahələri su basıb. Yol infrastrukturuna daciddi ziyan dəyib.

Yağışların törətdiyi fəsadlar bununla bitməyib. Gürcüstanınqərbində bəzi ərazilərdə də çaylar məcrasından çıxıb, əraziləri selsuları basıb.

Gürcüstandan Rusiyaya gedən beynəlxalq əhəmiyyətliMtsxeta-Stepantsminda-Lars avtomobil magistralının Qudauri-Kobihissəsində torpaq sürüşməsi təhlükəsi ilə əlaqədar bütün növavtomobillərin hərəkəti qadağan edilib.

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur NazirliyininAvtomobil Yolları Departamentinin məlumatına görə, avtomagitralınhəmin hissəsində güclü torpaq sürüşməsi ehtimalı var.

Hazırda yolda Azərbaycan, Ukrayna, Ermənistan, Türkiyə, Rusiya,Qazaxıstan və digər ölkələrə məxsus çoxlu sayda yük və minikavtomobili var.

Avtomobillərin böyük əksəriyyəti Ermənistana məxsusdur.

Qeyd edək ki, mayın 7-də gecə ərzində Tbilisiyə güclü yağışyağıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
2
az.trend.az

3Mənbələr